Operativ Məlumat Mərkəzi

Bakıda 22 min dollarlıq dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

1 dəq
Paylaş:
Bakıda 22 min dollarlıq dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Bakının Binəqədi və rayonlarında əməlində şübhəli şəxslər saxlanılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin (DİN) xidmətindən məlumat verilib.

Bildirilib ki, Binəqədi Rayon İdarəsinin (RPİ) beşinci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə sentyabrın 12-də bir nəfərin 22000 ABŞ dollarını dələduzluq yolu ilə almaqda şübhəli bilinən 23 yaşlı C.Məmmədov saxlanılıb.

"Həmçinin Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə avqustun 20-də bir nəfərin 3000 manatını dələduzluq yolu ilə almaqda şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 41 yaşlı E.Cəfərov və 48 yaşlı R.Şükürov müəyyən olunaraq saxlanılıblar. Faktlarla bağlı araşdırma aparılır", - məlumatda qeyd olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax