Operativ Məlumat Mərkəzi

Bakıda 10 qumbara aşkar edilib

1 dəq
Paylaş:
Bakıda 10 qumbara aşkar edilib

Fövqəladə Hallar Nazirliyinin “112” xəttinə paytaxtın Binəqədi rayonu ərazisində sursat edilməsi barədə məlumat daxil olub.

Nazirliyin xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 10 ədəd F-1 əl qumbarası, 1 qutu F-1 və RQD-5 əl qumbaralarının parladıcıları olduğu müəyyən edilib.

Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax