Operativ Məlumat Mərkəzi

Bakı metrosunun "20 Yanvar" stansiyasında yanğın olub

2 dəq
Paylaş:
Bakı metrosunun "20 Yanvar" stansiyasında yanğın olub

Bakı metropoliteninin "20 Yanvar" stansiyasının havalandırma şaxtasının köşkü yaxınlığındakı obyektlərdən birində baş yanğın ilə stansiyaya tüstü daxil olması müəyyən edilib.

Bunu "Operativ Məlumat Mərkəzi-OMM"-ə "Bakı Metropoliteni" QSC-nin ximdətinin rəhbəri Bəxtiyar deyib.

Onun sözlərinə görə, şaxtadakı güclü ventilyatorların iş operativ şəkildə dəyişdirilərək, tüstü və qoxunun təsiri ən qısa zamanda aradan qaldırılıb.

"Ümumiyyətlə, son illərdə ventilyatorların iş rejiminin mərkəzləşdirilmiş qaydada təşkil edilməsi ilə bağlı tətbiq edilmiş texnoloji yeniləşmə və idarəetmə sistemlərinin müasir tələblər səviyyəsində qurulması sayəsində ventilyatorların iş rejimi operativ şəkildə dəyişdirilir, həmçinin ventilyatorların bir rejimdən digərinə keçidi mümkün ən qısa müddətdə baş verir", - deyə B. Məmmədov əlavə edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax