Əsas məzmuna keç

Bakı metrosunda sərnişinin halı pisləşib, qatarın hərəkətində yubanma yaranıb

Bakı metrosunda sərnişinin halı pisləşib, qatarın hərəkətində yubanma yaranıb

bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb. Bildirilib ki, maşinist qatarı təcili əyləcləmə edərək dayandırıb. Sərnişinlər vaqonun qapılarının...

“Yaşıl xətt” üzrə "" metro stansiyasından "28 May" stansiyası istiqamətində hərəkətə başlayan qatarın maşinistinə salonda bir sərnişinin halının pisləşməsi barədə məlumat verilib və qatarın dayandırılması tələb olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “ Metropoliteni” QSC məlumat yayıb.

Bildirilib ki, qatarı təcili əyləcləmə dayandırıb. Sərnişinlər vaqonun qapılarının "qəza-açma kranı"ndan istifadə edərək sərnişini platformaya çıxarıblar. Maşinist məcburi qaydada sonuncu vaqona qədər gedərək, "qəza-açma kranı"nı yerinə qaytarıb və kabinaya dönərək hərəkəti bərpa edib.

Nəticədə, 10 dəqiqə yubanma yaranıb. Hazırda yubanmanın aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür.

Halı pisləşən gənc xanıma "Nizami" stansiyasında dərhal ilkin yardım göstərilməklə təcili tibbi yardım dəvət edilib. Tibbi yardım göstərildikdən sonra xanım sərnişin ailə üzvü ilə birlikdə yoluna davam edib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…