Operativ Məlumat Mərkəzi

Bakı-Ağstafa dəmir yolu xətti üzrə əlavə reyslərin sayı artırılıb

2 dəq
Paylaş:
Bakı-Ağstafa dəmir yolu xətti üzrə əlavə reyslərin sayı artırılıb

Dəmir Yolları” QSC Ramazan bayramı ilə əlaqədar -Ağstafa-Bakı marşrutu üzrə artan sərnişin tələbatını qarşılamaq məqsədilə 21, 23 və 24 aprel tarixlərinə əlavə təyin edib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə ADY-dən bildirilib.

Belə ki, 21 aprel tarixində Bakı-Ağstafa marşrutu üzrə əlavə reyslə səhər saat 07:50-də Bakı Vağzalından Ağstafaya yola düşən qatar saat 12:45-də mənzil başına çatacaq.

Eyni zamanda 23-24 aprel tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə hər iki istiqamətə əlavə reyslər təyin edilib. Belə ki, tarixlərdə Bakıdan saat 08:25-də yola düşən qatar Ağstafaya saat 13:20-də çatacaq. Əks istiqamətdə Ağstafadan saat 15:30-da Bakıya yola düşən qatar isə Bakı Dəmiryol Vağzalına saat 20:25-də çatacaq.

Bakı-Ağstafa-Bakı marşrutu üzrə səfər edən sərnişinlərin bayram tətili günləri və bayramın sonunda hər iki istiqamətə rahat və vaxtında çatdırılmasında əlavə reysə ehtiyac yaranarsa, tələbat müvafiq qaydada təmin ediləcək.

Bizim Telegram kanalımıza abunə olun

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax