Operativ Məlumat Mərkəzi

Bakı aeroportunda ilk FOD toplanma kampaniyası keçirilib

2 dəq
Paylaş:
Bakı aeroportunda ilk FOD toplanma kampaniyası keçirilib

Aeroportunda ilk dəfə olaraq “Uçuşların təhlükəsizliyi həm də təmizlikdir!” şüarı ilə FOD (Foreign Object Debris/ Kənar Əşya Qalıqları) toplama kampaniyası həyata keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in Aeroporta istinadən verdiyi məlumata görə, FOD -enmə zolağlarında, sürmə yollarında və texniki sahəsində aşkar edilmiş, təyyarə üçün təhlükə yarada bilən hər hansı yad obyekt qalığıdır. Kampaniya çərçivəsində hava limanının əməkdaşları aviasiya xidmətlərinin digər nümayəndələri ilə aeroportunun uçuş-enmə zolağının, perron və ətraf ərazilərinin təmizlənməsi üçün bir araya gəliblər.

“Bu kampaniya gündəlik fəaliyyətləri zamanı aeroport ictimaiyyəti arasında uçuşların təhlükəsizliyi baxımından və ekoloji maarifləndirmə nümunəsi olaraq son dərəcə vacibdir. Digər tərəfdən isə əməkdaşlarımız arasında uçuşların təhlükəsizliyi mədəniyyətinin gücləndirilməsinə xidmət edir”, - deyə Bakı hava limanının Uçuşların Təhlükəsizliyi üzrə direktor müavini Elmir Quluzadə vurğulayıb.

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu uçuşların təhlükəsizliyinə və ekoloji standartların qorunmasına töhvə verəcək bu təşəbbüsü gələcəkdə də həyata keçirməyi planlaşdırır.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax