Operativ Məlumat Mərkəzi

“Azərreyl” və “Abşeron” finala yüksəlib

2 dəq
Paylaş:
“Azərreyl” və “Abşeron” finala yüksəlib

Qadın voleybolçuların Yüksək Liqasında bəlli olub.

AZƏRTAC xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan yarımfinal oyunları çərçivəsində “Milli Aviasiya Akademiyası” “”lə, “” isə “” ilə qarşılaşıb. Günün ilk oyununda “Azerreyl” və “Milli Aviasiya Akademiyası” klubları üz-üzə gəliblər.

Gərgin keçən bu matçda “Milli Aviasiya Akademiyası” 3:2 ilə qələbə qazanıb.

Cütün ilk qarşılaşmasında “dəmiryolçular” eyni hesabla qalib gəldiyindən ümumi nəticə bərabərləşib və “Qızıl set”ə ehtiyac yaranıb. Həlledici hissədə “Azərreyl” 15:11 hesabı ilə qələbə qazanaraq finala yüksəlib. “Milli Aviasiya Akademiyası” isə bürünc medal uğrunda oyuna çıxacaq.

Ardınca meydana “Gəncə” və “Abşeron” çıxıb. İlk görüşdə 3:1 hesabı ilə qalib gələn “Abşeron” bu dəfə rəqibini 3:0 hesabı ilə məğlub edərək finala vəsiqə qazanan ikinci komanda olub.

Beləliklə, qadınların Yüksək Liqasında üçüncü yer uğrunda “Milli Aviasiya Akademiyası” və “Gəncə”, finalda isə “Azərreyl” və “Abşeron” komandaları üz-üzə gələcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax