Əsas məzmuna keç

Azərbaycanlı həkimlər Türkiyədə 512 nəfərə tibbi xidmət göstərib

Azərbaycanlı həkimlər Türkiyədə 512 nəfərə tibbi xidmət göstərib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Türkiyədə fəaliyyət göstərən mobil səhra hospitallarında 512 nəfərə tibbi xidmət göstərilib. Bu barədə "Operativ...

Fövqəladə Hallar Nazirliyinin (FHN) Türkiyədə fəaliyyət göstərən hospitallarında 512 nəfərə xidmət göstərilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi - OMM"-yə FHN-dən məlumat verilib.

Qeyd edilib ki, Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin mobil səhra hospitalları zəlzələnin ciddi zərər vurduğu Kahramanmaraş rayonunda fəaliyyət göstərir.

Belə ki, hospitallarda ötən günlər ərzində 512 nəfərə yüksək səviyyəli tibbi xidmət göstərilib.

Hər cür müayinə və müalicə imkanlarına malik mobil səhra hospitalları fasiləsiz fəaliyyətini davam etdirir.

Foto qalereya

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…