Operativ Məlumat Mərkəzi

Azərbaycanın hərbi helikopterləri şərti hava kəşfiyyatı aparıblar

2 dəq
Paylaş:
Azərbaycanın hərbi helikopterləri şərti hava kəşfiyyatı aparıblar

Hərbi Hava Qüvvələrinin (HHQ) helikopter bölmələri ilə -məşq uçuşları keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 2024-cü ilin planına əsasən, uçuş heyətlərindən hazırlıq barədə məruzələr qəbul edildikdən sonra pilotların təlim uçuşunun şərtləri və qaydaları barədə nəzəri bilikləri yoxlanılıb.

Daha sonra helikopterlərə nəzarət baxışı keçiriblər.

Bazalanma aerodromlarından müəyyən edilmiş marşrutlar üzrə uçuşlar edən pilotlar təlim-məşq uçuşlarının planına uyğun olaraq, helikopterlərlə havaya qalxma və yerə enmə, hava kəşfiyyatının aparılması, hava və yerüstü hədəflərin aşkar edilməsi, komanda-qərargah məntəqələri ilə əlaqələrin yaradılması, eləcə də digər fəaliyyətlər üzrə təlim tapşırıqlarını yerinə yetiriblər.

Döyüş hazırlığı və praktiki vərdişlərin daha da artırılması məqsədilə keçirilən təlim-məşq uçuşlarında pilotlar yüksək peşəkarlıq nümayiş etdiriblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hərbi Siyasət

Hamısına bax