Operativ Məlumat Mərkəzi

Azərbaycanda sərnişin qatarlarında sürət həddi endirilib

2 dəq
Paylaş:
Azərbaycanda sərnişin qatarlarında sürət həddi endirilib

Dəmir Yolları” QSC (ADY) qeyri- ilə əlaqədar ölkədaxili sərnişin qatarlarında həddini endirib.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə ADY-yə istinadən xəbər verir.

Bildirilib ki, regionlarda müşahidə olunan qeyri-sabit hava şəraiti və yağan leysan xarakterli güclü yağışlar səbəbindən Hacıqabul stansiya ərazisində xətlərindən sel keçməsi ilə əlaqədar hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı və Bakı-Qəbələ-Bakı marşrutları üzrə hərəkət edən sərnişin qatarlarının sürət həddi endirilib.

"Bununla əlaqədar hazırda ərazidə infrastruktura baxış keçirilir. Bu səbəblə qatarların qrafikində qismən gecikmə halları müşahidə olunacaq. Bir daha hərəkət iştirakçılarına bu cür hava şəraitində dəmiryol keçidlərindən istifadə zamanı yüksək sayıqlıq göstərməyi və ehtiyatlı olmağı tövsiyə edir, sərnişinlərdən stansiya və platformalarda qatarları gözləyərkən diqqətli olmalarını xahiş edirik", - məlumatda deyilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax