Operativ Məlumat Mərkəzi

Azərbaycanda dosent vəfat etdi - FOTO

1 dəq
Paylaş:
Azərbaycanda dosent vəfat etdi - FOTO

Bakı Dövlət Universitetinin (BDU) və kibernetika fakültəsinin dosenti vəfat edib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə BDU-dan bildirilib.

N.Süleymanov 1953-cü ildə Gürcüstanın Marneuli rayonunda anadan olub. 1970-1975-ci illərdə BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsində təhsil alıb. 1975-1977-ci illərdə Elektron Sənayesi Nazirliyində mühəndis-proqramçı vəzifəsində çalışıb. 1991-ci ildə "Ümumi qeyri-lokal sərhəd şərtli Steklov tipli məsələlərin araşdırılması” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

Fizika-riyaziyyat elmləri namizədi, N.Süleymanov 1978-ci ildən indiyədək BDU-nun İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasında çalışıb. 60-dan çox elmi və metodik işin müəllifi idi.

BDU kollektivi Nizami Süleymanovun vəfatından kədərləndiyini bildirib, ailəsinə dərin hüznlə başsağlığı verib.

Allah rəhmət eləsin.

aa72ac89-e881-3f10-8fdf-b9e27c59e685.jfif

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax