Operativ Məlumat Mərkəzi

Azərbaycanda benefisiar barədə məlumat və sənədlərin təqdim edilməməsinə görə cərimələr müəyyənləşir

3 dəq
Paylaş:
Azərbaycanda benefisiar barədə məlumat və sənədlərin təqdim edilməməsinə görə cərimələr müəyyənləşir

Azərbaycanda hüquqi şəxsin mülkiyyətçisi barədə məlumatların və sənədlərin təqdim edilməməsinə görə müəyyənləşir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi təklif olunur.

Sənəd Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə edilib.

Layihəyə əsasəm, hüquqi şəxsin benefisiar mülkiyyətçisi barədə məlumatların təqdim edilməməsinə, yəni hüquqi şəxsin, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialına münasibətdə xarici hüquqi şəxsin benefisiar mülkiyyətçisi ilə bağlı dürüst, dəqiq və yenilənmiş məlumatların "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanunda edilmiş hallarda və qaydada icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməməsinə, hüquqi şəxs, habelə xarici hüquqi şəxsin nümayəndəlik və filialı tərəfindən benefisiar mülkiyyətçisi barədə məlumatların qanunla müəyyən edilmiş mərhələlər üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməməsinə görə vəzifəli şəxslər 1000 manatdan 2 000 ,hüquqi şəxslər 2500 manatdan 3 000 manatadək cərimə ediləcəklər.

Həmçinin, hüquqi şəxsin benefisiar mülkiyyətçisi ilə bağlı təsdiqedici sənədlərin "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanunda nəzərdə tutulmuş müddət ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməməsinə görə vəzifəli şəxslər 1000 manatdan 2 000 manatadək, hüquqi şəxslər 2 500 yüz manatdan 3 000 manatadək məbləğdə cərimə ediləcəklər.

Dəyişikliyə əsasən, benefisiar mülkiyyətçinin özü barədə hüquqi şəxslərin dövlət reyestri məlumatlarında dəyişiklik edilməsi ilə bağlı hüquqi şəxs tərəfindən məlumatlandırılmamasına görə vəzifəli şəxslər 200 manatdan 300 manatadək, hüquqi şəxslər 500 manatdan 700 manatadək məbləğdə cərimə ediləcəklər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Milli Məclis

Hamısına bax