Operativ Məlumat Mərkəzi

Azərbaycan və Türkiyə nümayəndələri arasında toplantı keçirilib

2 dəq
Paylaş:
Azərbaycan və Türkiyə nümayəndələri arasında toplantı keçirilib

İyulun 19-da Hərbi Dəniz Qüvvələri (HDQ) komandanı vitse- Sübhan ölkəmizdə rəsmi səfərdə olan HDQ Komandanlığının Təftiş və Qiymətləndirmə rəisi kontr-admiral Yücel Darcanın rəhbərlik etdiyi ilə görüşüb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qonaqları salamlayan vitse-admiral S.Bəkirov Azərbaycan ilə Türkiyə arasında hərbi sahədə əməkdaşlığın qardaşlıq münasibətləri üzərində qurulduğunu xüsusi vurğulayaraq bu əlaqələrin daim inkişaf etdiyini bildirib.

Qərargah toplantısında iki ölkə arasında hərbi, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparılıb.

Sonda Azərbaycan və Türkiyə HDQ arasında keçirilən 9-cu Qərargah toplantısının yekun protokolu imzalanıb, qarşılıqlı hədiyyələr təqdim olunub və xatirə şəkli çəkdirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hərbi Siyasət

Hamısına bax