Operativ Məlumat Mərkəzi

Azərbaycan və Pakistanın ali audit qurumları birgə fəaliyyəti genişləndirir

1 dəq
Paylaş:
Azərbaycan və Pakistanın ali audit qurumları birgə fəaliyyəti genişləndirir

Azərbaycanın Hesablama Palatasının sədri Vüqar Pakistanın Baş Auditoru Acmal Qondalla dostluq və əlaqələrinin gələcək perspektivləri, eləcə də potensialın gücləndirilməsi barədə fikir mübadiləsi aparıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Palatadan bildirilib.

Məlumata görə, qurumla Pakistanın Baş Ofisi arasında Anlaşma Memorandumunun yenilənərək imzalanması mərasimi keçirilib. Sənədi hər iki qurumun rəhbəri imzalayıb.

Memorandum mövcud qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsini, eyni zamanda audit sahəsində potensialın artırılması istiqamətində fəaliyyətlərin daha məhsuldar təşkilin edilməsini ehtiva edir.

İmzalanma mərasimindən sonra Pakistan Baş Auditor Ofisinin nümayəndəsi Hesablama Palatasının maliyyə hesabatlarının auditinin nəticələri barədə təqdimatla çıxış edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Maliyyə

Hamısına bax