Operativ Məlumat Mərkəzi

Azərbaycan UNESCO-nun Hökumətlərarası Komitəsinə üzv seçilib

2 dəq
Paylaş:
Azərbaycan UNESCO-nun Hökumətlərarası Komitəsinə üzv seçilib

Respublikası UNESCO-nun Özünüifadə Müxtəlifliyinin Qorunması və üzrə Hökumətlərarası Komitəsinə 2025-2029-cu illər üzrə üzv seçilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə XİN-in məlumatında bildirilib.

Qeyd edilib ki, seçkilər 2025-ci il 20 iyun tarixində UNESCO-nun mənzil-qərargahında, “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqinə” dair 2005-ci il Konvensiyasının 10-cu Tərəflər Konfransı çərçivəsində baş tutub.

2005-ci il Konvensiyasının həyata keçirilməsinə nəzarət edən əsas icra orqanı kimi Hökumətlərarası Komitənin 24 üzvü vardır və üzvlərin səlahiyyət müddəti 4 ildir. Azərbaycan daha öncə 2019-2023-cü illər arasında Hökumətlərarası Komitədə təmsil olunub.

İllik əsasda toplanan Hökumətlərarası Komitənin əsas funksiyaları sırasına Konvensiyanın məqsədlərinin təşviqi, onun həyata keçirilməsinin monitorinqi, tərəflərin dövri hesabatlarının təhlili və Konfransa təqdim olunması, təlimatlarının hazırlanması, ölkələr tərəfindən qaldırılan məsələlərlə bağlı müvafiq tövsiyələrin verilməsi, eləcə də Konvensiyanın prinsiplərinin digər forumlarda təşviqi məqsədilə məsləhətləşmə mexanizmlərinin qurulması daxildir.

Azərbaycanın sözügedən Komitəyə növbəti dəfə üzv seçilməsi ölkəmizin mədəni müxtəlifliyin qorunması, mədəni ifadə azadlığının təşviqi və bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində ardıcıl və məqsədyönlü siyasətinin, həmçinin bu sahəyə verdiyi yüksək önəmin bariz göstəricisidir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax