Operativ Məlumat Mərkəzi

Azərbaycan səfiri etimadnaməsinin surətini Türkmənistanın XİN başçısına təqdim edib

2 dəq
Paylaş:
Azərbaycan səfiri etimadnaməsinin surətini Türkmənistanın XİN başçısına təqdim edib

Azərbaycanın Türkmənistana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Qismət etimadnaməsinin surətini Nazirlər Kabinetinin sədr müavini - naziri Rəşid Meredova təqdim edib.

Azərbaycanın Türkmənistandakı səfirliyindən "Operativ Məlumat Mərkəzi-OMM"ə verilən məlumata görə, görüş zamanı R.Meredov yeni təyinatı ilə bağlı səfiri təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Nazir və Türkmənistan arasında mövcud olan strateji münasibətlərdən danışaraq bu münasibətlərin gələcəkdə daha da inkişaf etdirilməsi perspektivlərini vurğulayıb və yeni səfirin fəaliyyəti dövründə bu istiqamətdə uğurlu nəticələrin əldə olunacağına əminliyini ifadə edib.

Səfir Qismət Gözəlov ikitərəfli münasibətlərin genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini və bütün sahələr üzrə strateji tərəfdaşlığımızın ruhuna uyğun olaraq əməkdaşlığın inkişafı istiqamətində müvafiq addımların atılacağını qeyd edib.

Tərəflər görüş zamanı Azərbaycan və Türkmənistan arasında siyasi, iqtisadi, , energetika və digər sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsinə dair geniş fikir mübadiləsi aparıblar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax