Operativ Məlumat Mərkəzi

Azərbaycan səfiri etimadnaməsini Seneqal prezidentinə təqdim edib

2 dəq
Paylaş:
Azərbaycan səfiri etimadnaməsini Seneqal prezidentinə təqdim edib

Respublikasının Mərakeş Krallığında və eyni zamanda, Respublikasında fövqəladə və səlahiyyətli səfiri Nazim Səmədov etimadnaməsini Seneqal prezidenti Maki Salla təqdim edib.

Ölkəmizin Mərakeşdəki səfirliyindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, İlham Əliyevin salamlarını Maki Salla çatdıran səfir Nazim Səmədov və onu COP29-da iştirak məqsədilə dövlətimizin başçısının adından Bakıya səfərə dəvət edib. Səfir Azərbaycanın Seneqal üçün dost ölkə olduğunu vurğulayıb.

Seneqal Prezidenti dəvətə görə təşəkkürünü bildirib, səfirdən İlham Əliyevə salamlarını və seçkilərdə qalib gəlməsi münasibətilə təbriklərini çatdırmağı xahiş edib.

N.Səmədovun səfər çərçivəsində, həmçinin Seneqal mərkəzi və yerli hakimiyyət nümayəndələri, naziri və Dakar şəhərində akkreditə olunmuş diplomatik korpusun nümayəndələri ilə görüşləri nəzərdə tutulub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax