Əsas məzmuna keç

Azərbaycan Prezidenti: Macarıstanın tələbatı səviyyəsində qaz təminatı təşkil edə bilərik

Azərbaycan Prezidenti: Macarıstanın tələbatı səviyyəsində qaz təminatı təşkil edə bilərik

Biz keçən ildən başlayaraq Macarıstana təbii qazın ixracına başlamışıq. "Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham...

Biz keçən ildən başlayaraq Macarıstana təbii qazın ixracına başlamışıq.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bunu İlham Əliyev Macarıstan Baş naziri Viktor Orbanla mətbuata bəyanatında bildirib.

“Mən bunu qeyd etdim və Baş nazirin də qeyd etdiyi ki, Macarıstanın tələbatı səviyyəsində qaz təminatı edə bilərik. Bizim qaz-resurs bazamın kifayət qədər genişdir və genişlənir. Yeni qaz yataqları istismara veriləcək. Biz bu gün 12 ölkəyə təbii qaz ixrac edirik, 10-u Avropa ölkəsi, onlardan 8-i i isə Avropa İttifaqının üzvüdür. Avropa Komissiyası Azərbaycanı Pan-Avropa qaz təchizatçısı ölkə və etibarlı tərəfdaş kimi tanıyır. Qaz ixracının coğrafiyasına baxsaq, görərik ki, nəinki Avropa, dünya miqyasında boru xətti ilə nəql edilən qazın coğrafi əhatəsinə görə dünyada qabaqcıl yerdədir. Bizim gələcəkdə qaz ehtiyatlarını işlənməsi nəzərdə tutulur” – deyə vurğulayıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…