Əsas məzmuna keç

Azərbaycan-Özbəkistan hərbi əməkdaşlığı müzakirə olunub, plan imzalanıb

Azərbaycan-Özbəkistan hərbi əməkdaşlığı müzakirə olunub, plan imzalanıb

bu barədə Müdafiə Nazirliyindən bildirilib. Qonaqlar Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə...

Dekabrın 10-da general-polkovnik Azərbaycanda rəsmi səfərdə olan Özbəkistan Prezidenti yanında Şurasının katibi Viktor Mahmudov və müdafiə naziri general-leytenant Şuhrat Xalmuxamedovun rəhbərlik etdiyi ilə görüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Qonaqlar Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarlarını, Zəfər parkını ziyarət edib, Zəfər abidəsinin önünə əklil qoyub.

Müdafiə Nazirliyində təşkil edilən rəsmi qarşılanma mərasimi zamanı fəxri qarovul dəstəsinin önündən keçiddən sonra Azərbaycan və Özbəkistan respublikalarının Dövlət himnləri səsləndirilib, protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.

İki ölkənin nümayəndə heyəti arasında keçirilən görüşdə general-polkovnik Z.Həsənov Azərbaycan ilə Özbəkistan arasında həyata keçirilən ikitərəfli hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu vurğulayıb.

Özbəkistan nümayəndə heyətinin rəhbərləri ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın hər iki ordunun inkişafına və daha da güclənməsinə xidmət etdiyini qeyd ediblər.

Görüşdə Azərbaycan-Özbəkistan arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlıq, eləcə də müdafiə sahəsində qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Görüşün sonunda Özbəkistan Respublikası və Azərbaycan Respublikası Müdafiə Nazirliyi arasında 2026-cı il üçün ikitərəfli hərbi əməkdaşlıq planı imzalanıb.

Ölkəmizə rəsmi səfər çərçivəsində Özbəkistan nümayəndə heyəti, həmçinin Azərbaycan Ordusunun Baş Qərargahında tabelikdəki baş idarə və idarələrin əsas fəaliyyət istiqamətləri ilə tanış olub, qonaqları maraqlandıran suallar cavablandırılıb.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…