Operativ Məlumat Mərkəzi

Azərbaycan ötən il Qarabağ və Şərqi Zəngəzura 5 milyard manata yaxın pul xərcləyib

1 dəq
Paylaş:
Azərbaycan ötən il Qarabağ və Şərqi Zəngəzura 5 milyard manata yaxın pul xərcləyib

2024-cü ildə Azərbaycanın işğaldan ərazilərinin yenidən qurulmasına və bərpasına dövlət büdcəsindən 4 milyard 828,5 ayrılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 13,6 % azdır.

Məlumata görə, il ərzində sifarişçi tərəfindən müvafiq layihələr üzrə dövlət xəzinədarlıq orqanlarına təqdim edilmiş xərc sifarişlərinin maliyyələşdirilməsi ilə dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə nəzərdə tutulmuş 4 milyard 855,8 milyon manat vəsaitin 99,4 %-ni sifarişçi təşkilatlar istifadə edib. O cümlədən, dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulan vəsaitin isə 98,5 faizi və yaxud 2 milyard 771,1 milyon manatı istifadə olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Maliyyə

Hamısına bax