Operativ Məlumat Mərkəzi

Azərbaycan Ordusunun Kəlbəcərdə yerləşən bölmələrindən birində şəhər günü qeyd edilib

2 dəq
Paylaş:
Azərbaycan Ordusunun Kəlbəcərdə yerləşən bölmələrindən birində şəhər günü qeyd edilib

Müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına əsasən, Ordusunun rayonu ərazisində bölmələrindən birində 25 noyabr – Kəlbəcər şəhəri günü münasibətlə tədbir keçirilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edənlər bildiriblər ki, Müzəffər Ali Baş Komandanın qətiyyəti və uzaqgörən siyasəti sayəsində tarixi torpaqlarımız işğaldan azad olunaraq ərazi bütövlüyümüz tam təmin edilib. Kəlbəcər şəhəri gününün ölkəmizin hər bir yerində, o cümlədən azad edilmiş ərazilərimizdə böyük qürur və iftixar hissi ilə qeyd olunduğu xüsusi vurğulanıb.

Vətən müharibəsində əldə olunmuş tarixi qələbəni əbədiləşdirmək məqsədilə bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.
Tədbirdə qulluqçular Azərbaycan Ordusunda, xüsusilə azad edilmiş ərazilərdəki bölmələrdə xidmət etməkdən qürur duyduqlarını bildiriblər.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hərbi Siyasət

Hamısına bax