Operativ Məlumat Mərkəzi

Azərbaycan millisinin üzvü: Futbolla yanaşı, güləşlə də məşğul olmuşam

3 dəq
Paylaş:
Azərbaycan millisinin üzvü: Futbolla yanaşı, güləşlə də məşğul olmuşam

xarakterizə etməyim bir qədər çətindir. Buna daha çox kənardan müşahidə edənlər qərar verə bilər. Tanışlarım, dostlarım məni məsuliyyətli, intizamlı və ambisiyalı biri kimi xarakterizə edirlər”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri millisinin və “Sabah” klubunun futbolçusu Elvin Camalov milli assosiasiyanın rəsmi saytına müsahibəsində deyib.

Futboldankənar məşğuliyyətləri barədə danışan 28 yaşlı yarımmüdafiəçi bildirib ki, hazırda olduğu iş həm də sevimli məşğuliyyətidir: “Məşqlərdən, oyunlardan kənar vaxtlarımda da futbola baxmağa üstünlük verirəm. Bundan başqa, asudə vaxtlarımda ailəmlə, dostlarımla vaxt keçirməyə . Ən böyük xəyalım futbolla bağlıdır. Azərbaycan millisi, həmçinin çıxış etdiyim “Sabah” klubu ilə ölkə futbol tarixində iz qoyacaq uğurlara nail olmaq istərdim. Bu, əsas arzularımdandır”.

Onun sözlərinə görə, futboldan fərqli olaraq, həyatda verdiyi qərarlarla bağlı ciddi peşmanlığı olmayıb: “Həyatda ambisiyası, hədəfləri olan biriyəm. Əlbəttə, hədəflərə çatmaq üçün müəyyən planların qurulması vacibdir. Lakin bəzən həyatı axarına buraxmaq daha məntiqli, daha uyğun variant olur. Daha çox özümü birinciyə uyğun hesab edirəm, amma dediyim kimi, vəziyyətə uyğun olaraq hərdən ikinci variant da ola bilər”.

E. Camalov bütün həyatının futboldan ibarət olduğunu söyləyib: “Futbol mənə heç vaxt ruhdan düşməməyi, daim mübarizə aparmağı və ən əsası, uğur üçün çox çalışmağı, intizamlı olmağı öyrədib”.

Futbolçu hər uğursuzluğun müvəqqəti xarakter daşıdığını vurğulayıb: “Səbirlə, məntiqli yanaşma və təmkinlə istənilən problemin öhdəsindən gəlmək mümkündür. Sadəcə, bilərəkdən edilən səhvləri bağışlanmaz hesab edirəm. İnsan yaşadığı müddətdə daim öz üzərində çalışmalıdır. Dəyişmək istədiyim bir xüsusiyyətim olmasa da, özümü hər sahədə təkmilləşdirmək istərdim. Daim bunun üçün çalışıram”.

Özü haqqında heç kimin bilmədiyi maraqlı faktı açıqlayan yarımmüdafiəçi 12 yaşına kimi güləşlə məşğul olduğunu əlavə edib: “Bu, ancaq yaxın ətrafımın bildiyi faktdır. Bir müddət futbolla paralel olaraq, güləşlə də məşğul . Lakin sonradan futbola olan sevgim məhz bu istiqamətdə seçim etməyimə səbəb oldu”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax