Operativ Məlumat Mərkəzi

Azərbaycan lideri: Bu gün Xəzər dənizi təəssüf ki, bir sıra ciddi ekoloji problemlərlə üzləşir

2 dəq
Paylaş:
Azərbaycan lideri: Bu gün Xəzər dənizi təəssüf ki, bir sıra ciddi ekoloji problemlərlə üzləşir

"Bu gün Xəzər dənizi təəssüf ki, bir sıra ciddi problemlərlə üzləşir. Ən kəskin problemlərdən biri dayazlıqdır — həm ekoloji, həm də iqtisadi təhlükə yaradan su səviyyəsinin sürətlə azalması".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İlham Əliyev "Kazinform" agentliyinə müsahibəsində bildirib.

"2022-ci ildə keçirilən altıncı Xəzər Sammitində mən Xəzər dənizində ekoloji tarazlığın pozulması məsələsini qaldırdım. Təəssüf ki, o vaxtdan bəri vəziyyət daha da pisləşdi. Xəzərdə suyun səviyyəsi sürətlə azalır və bunun səbəbləri təkcə iqlim dəyişikliyində deyil.

Bu vəziyyətdə bütün Xəzəryanı ölkələr üçün sıx qurmaq, elmi məlumatları fəal şəkildə bölüşmək və nəticələrini azaltmaq üçün razılaşdırılmış tədbirlər hazırlamaq son dərəcə vacibdir.

Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi və bununla əlaqədar ekoloji dəyişikliklər ekosistemin biomüxtəlifliyini və dayanıqlığını təhdid edir ki, bu da təbiəti qorumaq və ekoloji tarazlığı bərpa etmək üçün koordinasiyalı tədbirlər tələb edir.

Bundan başqa, , Qazaxıstan, eləcə də digər Xəzəryanı ölkələr regional və məkanlarda Xəzər dənizinin qorunması təşəbbüslərini fəal şəkildə irəli sürə bilərlər və etməlidirlər", - Prezident bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax