Operativ Məlumat Mərkəzi

Azərbaycan iqtisadiyyatı cüzi artıb

2 dəq
Paylaş:
Azərbaycan iqtisadiyyatı cüzi artıb

Dövlət Statistika Komitəsi 2023-cü ilin yanvar-mart aylarında Ümumi Daxili istehsalı barədə məlumatları açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, 2023-cü ilin yanvar-mart aylarında ölkədə 30 milyard 310,6 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,4 çox ümumi daxili məhsul istehsal olunmuşdur.

İqtisadiyyatın -qaz sektorunda əlavə dəyər 3,9 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 4,9 faiz artmışdır.

ÜDM istehsalının 47,5 sənaye, 9,0 faizi ticarət; vasitələrinin təmiri, 5,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,0 faizi tikinti, 2,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,9 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,5 faizi informasiya və rabitə sahələrinin, 17,6 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,5 faizini təşkil etmişdir.

Əhalinin hər nəfərinə düşən ÜDM 2991,2 manata bərabər olmuşdur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Maliyyə

Hamısına bax