Operativ Məlumat Mərkəzi

Azərbaycan hökuməti builki iqtisadi artımla bağlı proqnozlarını yeniləyib

2 dəq
Paylaş:
Azərbaycan hökuməti builki iqtisadi artımla bağlı proqnozlarını yeniləyib
bu barədə nazirliyin açıqladığı “2023-cü ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər sənədi”ndə...

Maliyyə Nazirliyi bu il Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) ilə bağlı proqnozunu yeniləyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə nazirliyin açıqladığı “2023-cü ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər sənədi”ndə bildirilir.

Sənəddə deyilir ki, 2023-cü ilin büdcə layihəsi hazırlanan zaman İqtisadiyyat Nazirliyinin təqdim etdiyi proqnozlara əsasən, ÜDM 106 milyard manat, qeyri-- ÜDM-i isə 73,3 milyard manat, artım templəri isə müvafiq olaraq 2,7 %və 4,5 % götürülüb. Lakin, 2023-cü ilin ötən dövrünün makro-iqtisadi nəticələri ilə yanaşı, fiskal icra göstəriciləri və əmtəəbazarlarının konyukturası cari il üzrə makroiqtisadi proqnozların dəqiqləşdirilərək yenilənməsini şərtləndirib.Yenilənmiş makroiqtisadi proqnozlara əsasən, 2023-cü ildə baza ssenari üzrə ÜDM-in real ifadə 1,8 % artmaqla 111,6 milyard manata (əvvəlki proqnoza 5,6 milyard manat çox), o cümlədən qeyri-neft-qaz ÜDM-nin real ifadədə 4,9 % artmaqla 77,7 milyard manata (əvvəlki proqnoza nəzərən 4,4 milyard manat çox) çatacağı proqnozlaşdırılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Maliyyə

Hamısına bax