Operativ Məlumat Mərkəzi

Azərbaycan HHQ komandanı Özbəkistana səfər edib

2 dəq
Paylaş:
Azərbaycan HHQ komandanı Özbəkistana səfər edib

Respublikası müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadənin rəhbərlik etdiyi Respublikasının Hava Hücumundan Müdafiə və Hərbi Hava Qüvvələrinin komandanı general-mayor Axmad Burxanovun dəvəti ilə Özbəkistan Respublikasına səfər edib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Vildirilib ki, əvvəlcə, Daşkənddə yerləşən park-meydanında Ulu Öndərin abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri düzülərək Ümummilli Liderin xatirəsinə dərin hörmət və ehtiram nümayiş etdirilib.

General-leytenant Namiq İslamzadə Özbəkistan Respublikasının general-mayor Şuhrat Xalmuxamedov və özbək həmkarı general-mayor A.Burxanov ilə görüşüb.
Keçirilən görüşlərdə hər iki ölkə arasında hərbi sahədə əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, Azərbaycanın Özbəkistanla hərbi aviasiya və hava hücumundan müdafiə sahəsində təcrübə mübadiləsinin inkişaf etdirilməsi üçün qarşılıqlı səfərlərin əhəmiyyəti və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti, həmçinin "Çirçik" aerodromu və hərbi hissələrdən birini ziyarət edib, müəssisələrin fəaliyyəti və orada yaradılmış şəraitlə tanış olub.

Sonda qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub, suallar cavablandırılıb.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hərbi Siyasət

Hamısına bax