Operativ Məlumat Mərkəzi

Azərbaycan dili imtahanında ikinci cəhddə iştirak üçün qeydiyyat başlayıb - 26.05.2023

2 dəq
Paylaş:
Azərbaycan dili imtahanında ikinci cəhddə iştirak üçün qeydiyyat başlayıb - 26.05.2023

dili (dövlət dili kimi) imtahanında (ikinci cəhd) iştirak etmək üçün elan olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, 9 illik təhsil bazasında kolleclərə qəbul olmaq istəyən, lakin mayın 7-də keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanında iştirak etməyən və ya “qeyri-məqbul” qiymət alan 5 iyun saat 23:59-dək verilən link (https://www.e-gov.az/az/services/read/3148/0?tqdk_xdm=82) vasitəsilə qeydiyyatdan keçməklə Azərbaycan dili imtahanına (ikinci cəhd) yazıla bilərlər.

Abituriyentlər qeydiyyatdan keçmək üçün tələb olunan məbləği (sistem tərəfindən avtomatik istifadəçiyə məlumat verilir) şəxsi kabinetlərindəki hesablarına əlavə etməlidirlər.

“Azərbaycan dili” (dövlət dili kimi) fənni üzrə ikinci 18 iyun tarixində keçiriləcək.

Xatırladaq ki, 2023-cü il mayın 7-də keçirilən Azərbaycan dili imtahanında iştirak edən, lakin orta ixtisas təhsili müəssisələrinin müsabiqəsinə qatılmayan 9-cu sinif şagirdləri ikinci imtahanda iştirak etmirlər. Onların mayın 7-də olan imtahandan topladıqları bal yekun attestasiya sənədinə yazılacaq.

Yekun attestasiyası aparılmayan üçün isə sentyabr ayında yenidən imtahan təşkil olunacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax