Operativ Məlumat Mərkəzi

Azərbaycan BMT-nin Məskunlaşma Proqramına vəsait ayırıb - SƏRƏNCAM

2 dəq
Paylaş:
Azərbaycan BMT-nin Məskunlaşma Proqramına vəsait ayırıb - SƏRƏNCAM
Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramına (UN-Habitat) vəsait ayrılıb. "Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bununla bağlı...

Təşkilatının Məskunlaşma Proqramına (UN-Habitat) vəsait ayrılıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bununla bağlı İlham Əliyev müvafiq imzalayıb.

Qeyd edilib ki, qlobal urbanizasiyanın artdığı şəraitdə şəhərlərin dayanıqlı, inklüziv və təhlükəsiz inkişafını təmin etmək Birləşmiş Millətlər Təşkilatına (BMT) üzv dövlətlərin əsas hədəfinə çevrilmişdir. Ötən illərdə bu sahədə BMT-nin aparıcı təsisatı olan Məskunlaşma Proqramı (UN-Habitat) ilə sıx edərək, qeyd olunan hədəfin reallaşmasına mühüm dəstək göstərmişdir.

Təsadüfi deyildir ki, işğaldan azad edilmiş ərazilərdə müasir şəhər quruculuğu və bərpa işləri BMT-nin “Dayanıqlı inkişaf məqsədləri” təşəbbüsünün prinsipləri əsasında həyata keçirilir.

Gələcək inkişafın və rifahın əsas qüvvəsi olan şəhərlərin davamlı inkişafı naminə ölkələrin fəal əməkdaşlığı qlobal sülhə, təhlükəsizliyə və inkişafa mühüm töhfə ola bilər.

Sərəncamla dünyada dayanıqlı şəhərlərin inkişafı istiqamətində faydalı əməkdaşlığın genişlənməsinə, eləcə də bu çərçivədə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəstək göstərmək məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan BMT-nin Məskunlaşma Proqramına (UN-Habitat) 1,0 (bir) milyon ABŞ dollarının manat ekvivalentində vəsait ayrılıb.

Azərbaycanın Maliyyə Nazirliyinə Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax