Operativ Məlumat Mərkəzi

Azərbaycan beynəlxalq axtarışda olan Tacikistan vətəndaşını təhvil verib

1 dəq
Paylaş:
Azərbaycan beynəlxalq axtarışda olan Tacikistan vətəndaşını təhvil verib

vətəndaşı, 1983-cü il təvəllüdlü İbronov İmomconoviçin cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair həmin dövlətin Baş Prokurorluğunun vəsatəti Respublikasının Baş Prokurorluğu tərəfindən təmin olunub.

Baş Prokurorluğun xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, Tacikistanda xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi əməlinin törədilməsində təqsirləndirilən axtarışa elan edilmiş İbronov Xokimcon İmomconoviç 2025-ci ilin may ayında Azərbaycanda müəyyən edilərək saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 2002-ci il oktyabrın 7-si tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək, o, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Tacikistanın səlahiyyətli orqanına təhvil verilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax