Əsas məzmuna keç

AZAL əlverişsiz hava şəraiti ilə bağlı Bakı-Moskva reysini təxirə salıb

AZAL əlverişsiz hava şəraiti ilə bağlı Bakı-Moskva reysini təxirə salıb

Əlverişsiz meteoroloji şəraitlə əlaqədar olaraq Azərbaycan Hava Yolları (AZAL) Moskva istiqaməti üzrə yerinə yetirilən reyslərin icrasında müvəqqəti...

ru

Əlverişsiz meteoroloji şəraitlə əlaqədar olaraq Hava Yolları (AZAL) Moskva istiqaməti üzrə yerinə yetirilən reyslərin icrasında müvəqqəti dəyişikliklər edib.

AZAL-dan "Operativ Məlumat Mərkəzi-OMM"- ə verilən məlumata görə, – Moskva (Vnukovo) – Bakı marşrutu üzrə J2-805 və J2-806 nömrəli reyslər olunub.

Məlumata görə, sərnişinlərin rahatlığını təmin etmək məqsədilə AZAL mövcud qaydalara uyğun şəkildə operativ tədbirlər görüb. Sərnişinlərə uçuş imkanları təqdim olunub, müvafiq hallarda isə biletlərin dəyəri qaytarılıb.

Ləğv edilmiş reyslərin sərnişinlərinin bir qismi AZAL-ın J2-809 və J2-810 nömrəli reysləri ilə təyinat məntəqəsinə daşınıb. Moskvada olan və alternativ uçuşlardan istifadə etməyən sərnişinlər üçün isə bilet vəsaitinin geri qaytarılması təmin edilib.

Azərbaycan Hava Yolları yaranmış vəziyyətə görə üzr istəyir və göstərdikləri anlayışa görə sərnişinlərinə təşəkkürünü bildirir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…