Operativ Məlumat Mərkəzi

Azad edilmiş ərazilərdə ötən həftə 141 mina aşkarlanıb

1 dəq
Paylaş:
Azad edilmiş ərazilərdə ötən həftə 141 mina aşkarlanıb

Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad ərazilərdə həyata keçirilən minatəmizləmə əməliyyatları ilə bağlı məlumat yayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə qurumun “X” hesabında paylaşım edilib.

Bildirilib ki, azad olunan ərazilərdə noyabrın 6-dan 12-dək olan müddətdə 129 tank əleyhinə mina, 12 piyada əleyhinə mina, 317 partlamamış hərbi sursat aşkarlanıb və zərərsizləşdirilib.

Həmçinin 527,6 hektar minadan təmizlənib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Qarabağ

Hamısına bax