Əsas məzmuna keç

Ayxan Hacızadə: Ermənistan sülhdə maraqlıdırsa, ərazi iddialarından əl çəkməlidir

Ayxan Hacızadə: Ermənistan sülhdə maraqlıdırsa, ərazi iddialarından əl çəkməlidir

sülhdə maraqlıdırsa, ərazi iddialarından əl çəkməlidir

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin katibi Ayxan Hacızadə Ermənistanın baş naziri Nikol Paşinyana cavabında deyib.

Onun sözlərinə görə, Ermənistanın "sülhsevər narrativi" regionda davamlı sülh və sabitliyin qurulmasının ən mühüm sütununu - dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət edilməsini gözardı edir:

"Bəs bütün bunlar nə deməkdir? Nikol Paşinyan, qoy sizin əməlləriniz sözdən daha çox danışsın".

N.Paşinyan bildirib ki, Ermənistan, həqiqətən də, qonşuları ilə sülh qurmaqda maraqlıdırsa, nə üçün Konstitusiyasında və milli qanunvericiliyində təsbit olunmuş "Qərbi Ermənistan" və "Qarabağ Respublikası" adlandırdığı ərazilərə olan iddialardan imtina prosesini başlamaqdan hər vəchlə imtina edir:

"Bağışlayın, amma sizin arqumentləriniz Ermənistanın "xoş niyyətlərinin" təsdiqi hesab edilə bilməz".

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…