Operativ Məlumat Mərkəzi

Axtarışda olan şəxs oğurluğa görə saxlanılıb

1 dəq
Paylaş:
Axtarışda olan şəxs oğurluğa görə saxlanılıb

Sumqayıtda axtarışda olan şəxs oğurluğa görə saxlanılıb.

Daxili İşlər Mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, ŞPİ 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbiri nəticəsində şəhər ərazisində yerləşən bazarda bir anbardan 7 ədəd elektrik mühərriki, kompressor, qaz balonu, mühərrik qaldıran açar dəsti və 4 ədəd balans mühərriki, bir təmiri sexinin həyətindən isə avtomobil ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən Sumqayıt sakinləri Elvin Allahverdiyev və məhkum olunmuş Xəqani Əhmədov saxlanılıblar.

Araşdırmalarla E.Allahverdiyevin borclu qismində axtarışda olması da müəyyən olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax