Operativ Məlumat Mərkəzi

Axtarışda olan daha 3 nəfər Azərbaycana ekstradisiya edildi

2 dəq
Paylaş:
Axtarışda olan daha 3 nəfər Azərbaycana ekstradisiya edildi

axtarışa verilmiş 3 nəfər Rusiyadan Azərbaycana ekstradisiya edilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Baş Prokurorluğun xidmətindən məlumat verilib.

Bildirilib ki, "Mülki, ailə və işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında»" 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Respublikasının vətəndaşları Abdullayev İframin Elbrus oğlu, Yusufov Emin Boris oğlu və Mehdiyev Natiq İsgəndər oğlunun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Onların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələrinə əsaslı müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib və istintaqdan qaçıb gizləndiklərinə görə beynəlxalq axtarışa veriliblər.

Qeyd olunan şəxslər Rusiya Federasiyasının ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax