Operativ Məlumat Mərkəzi

Avstraliyada təyyarə qəzası baş verib, pilot həlak olub

1 dəq
Paylaş:
Avstraliyada təyyarə qəzası baş verib, pilot həlak olub

Avstraliyanın şimalında kiçik həcmli təyyarə qəzaya uğrayıb, pilot olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “NT News” məlumat yayıb.

Məlumata görə, qəza yanvarın 12-də yerli vaxtla 10:20-də (Bakı vaxtı ilə 04:50) baş verib. Təyyarə Darvindən 60 km şimal-şərqdə Midl-Point kəndindəki bəndə çırpılıb. Təyyarədə 63 pilot və 29 yaşlı sərnişin olub. Sərnişin xəsarət almayıb.

Bildirilib ki, təyyarə timsahların olduğu su axarlarından birinə düşüb. Xilasedicilər əvvəlcə sağ qalmış sərnişini, daha sonra pilotun meyitini təyyarədən çıxarıblar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax