Operativ Məlumat Mərkəzi

Anar Bağırov beynəlxalq tədbirdə Azərbaycanda vəkillik institutunun islahat təcrübəsindən danışıb

2 dəq
Paylaş:
Anar Bağırov beynəlxalq tədbirdə Azərbaycanda vəkillik institutunun islahat təcrübəsindən danışıb

Qazaxıstanda "Qanunvericiliyin təkmilləşdirilməsi məsələləri: və hüquqi yardım" mövzusunda dəyirmi masa keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, dəyirmi masada Qazaxıstan parlamentinin deputatları, yerli məhkəmə hakimləri və vəkilləri, o cümlədən bir sıra ölkələrin vəkillər kollegiyalarının sədrləri iştirak edib.

Hibrit formatda təşkil edilən tədbirə Vəkillər Kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Anar və onun rəhbərlik etdiyi qoşulub.

Tədbirdə iştirakçıları salamlayan sədr Anar Bağırov "Azərbaycanda vəkillik institutunun islahatı təcrübəsinin unikallığı nədir?" mövzusunda çıxış edib. O, son illərdə ölkəmizdə vəkillik institutunun nüfuzunun artırılması istiqamətində aparılan uğurlu islahatlar, bunun nəticəsində ARVK-nın maliyyə müstəqilliyinin tam təmin edilməsi, nümayəndəlik institutunun məhdudlaşdırılması, vəkillik institutunun gücləndirilməsi barədə danışıb.

Eyni zamanda sədr vətəndaşlara keyfiyyətli hüquqi yardımın göstərilməsi, Kollegiyanın Hüquqi Yardım Mərkəzinin təcrübəsi, habelə ARVK tərəfindən görülən çoxşaxəli işlər barədə iştirakçıların diqqətinə çatdırıb, o cümlədən vəkillik təsisatının institusional müstəqilliyinin demokratik hüquqi dövlət quruculuğunda çox önəmli olduğunu vurğulayıb.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax