Operativ Məlumat Mərkəzi

Almaniya və Böyük Britaniya öz diplomatlarını İrandan təxliyə edə bilər

1 dəq
Paylaş:
Almaniya və Böyük Britaniya öz diplomatlarını İrandan təxliyə edə bilər

Azərbaycanın İrandakı səfirliyində baş aktından sonra Böyük və Almaniyanın nümayəndəlikləri əməkdaşlarını İrandan təxliyə edə bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, diplomatların İrandan təxliyəsi ehtimalı barədə Xarici İşlər Nazirliyindəki mənbə məlumat verib.

Bildirilib ki, bu, İranın ərazisindəki xarici səfirliklərin təhlükəsizliyinə zəmanət verə bilməməsi ilə bağlıdır.

“Bazar ertəsi bizim vətəndaşlarımızın - İrandakı diplomatik nümayəndəliyin əməkdaşlarının təxliyəsi ilə bağlı təcili iclasımız olacaq”, - mənbə qeyd edib.

Bundan başqa, Böyük Britaniya da İrandakı səfirliyinin əməkdaşlarının təxliyəsi barədə planlarını açıqlayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax