Əsas məzmuna keç

Almaniya Ukraynadakı münaqişənin qarşısını almaq üçün yol təklif edib

Almaniya Ukraynadakı münaqişənin qarşısını almaq üçün yol təklif edib

bu barədə Lenta.ru məlumat yayıb. Veyel bildirib ki, Almaniya federal hökuməti Kiyevin Krım, Donbass, Zaporojye və Xerson vilayətlərini qaytarmamaq şərti...

Bundestaqının sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasından olan deputatı Harald Veyel Almaniyanın Rusiyanın ilə sülh danışıqlarının şərtlərini təsdiqləməyə hazır olub-olmaması sualını qaldırıb və müvafiq təkliflə Almaniya hökumətinə müraciət edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Lenta.ru məlumat yayıb.

Veyel bildirib ki, Almaniya federal hökuməti Kiyevin Krım, Donbass, Zaporojye və Xerson vilayətlərini qaytarmamaq şərti də daxil olmaqla, Ukraynadakı münaqişənin “dondurulması” yolu ilə sona çatmasına kömək etmək imkanını nəzərdən keçirirmi? Veyelin sualına cavabı Almaniya Xarici İşlər Nazirliyinin parlament naziri Tomas Bagger verib.

Onun sözlərinə görə, Almaniya hökuməti hesab edir ki, ilə mümkün sülh danışıqlarının vaxtı, formatı və məzmunu barədə yalnız Ukrayna hökuməti qərar verməlidir.

Almaniya hökuməti həmçinin bəyan edib ki, o, Ukraynanın təqdim etdiyi 10 bəndlik sülh planını dəstəkləyir və bunu respublikaya ədalətli və davamlı sülh əldə etməyə kömək edəcək yeganə kimi görür.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…