Operativ Məlumat Mərkəzi

Almaniya Prezidenti İlham Əliyevə başsağlığı verib

1 dəq
Paylaş:
Almaniya Prezidenti İlham Əliyevə başsağlığı verib

Respublikasının Prezidenti Frank-Valter Hava Yolları”na məxsus təyyarənin Qazaxıstanda qəzaya uğraması və 38 nəfərin həyatını itirməsi ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Frank-Valter Ştaynmayer İlham Əliyevə ünvanlandığı məktubda təyyarə qəzası ilə xəbəri böyük kədərlə öyrəndiyini bildirib.

Dövlətimizin başçısına və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verən və həmrəyliyini ifadə edən Almaniya Prezidenti bu ağır vaxtlarda fikirlərinin ailə üzvlərini və dostlarını itirənlərlə olduğunu qeyd edib.

O, yaralananların tezliklə və tam şəkildə sağalmalarını arzulayıb, bu faciənin araşdırılmasında sürətli irəliləyişə nail olunacağına ümid etdiyini vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax