Operativ Məlumat Mərkəzi

Ali Məhkəmənin Plenum iclası keçirilib

2 dəq
Paylaş:
Ali Məhkəmənin Plenum iclası keçirilib

2024-cü il iyunun 14-də Respublikası Ali Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, iclasda “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair işləri üzrə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 4 mart tarixli 2 nömrəli qərarına dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun layihəsinin müzakirəsi aparılıb və müvafiq qərar qəbul olunub.

Sonra “Cinayət ilə əldə olunmuş əmlakın leqallaşdırılması cinayətinə dair işlər üzrə məhkəmə təcrübəsi, habelə cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərini və ya digər əmlakı əldə etmə, onlara sahiblik və ya onlardan istifadə etmə, yaxud sərəncam vermə cinayətinə dair bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı üzrə monitorinqin keçirilməsi müddətinin uzadılmasına dair qərar qəbul edilib.

İclasda 2023-cü ildə Gəncə İnzibati Məhkəməsində qanunvericiliyin tətbiqinin məhkəmə təcrübəsinə və ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair məlumatlar dinlənilib.

Plenumda həmçinin konkret işlərə baxılıb.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax