Operativ Məlumat Mərkəzi

Aleksandr Turçin Zəfər parkını ziyarət edib

2 dəq
Paylaş:
Aleksandr Turçin Zəfər parkını ziyarət edib

Azərbaycanda rəsmi səfərdə olan Belarus Respublikasının Turçin mayın 6-da Bakıdakı Zəfər parkını edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, yüksək qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Belarusun Baş naziri parkdakı Zəfər abidəsinin önünə əklil qoydu.

Sonra qonağa xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verildi.

Qeyd olundu ki, ərazisi 10 hektara yaxın olan parkın girişində 44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı 44 olan Zəfər tağı inşa edilib.

Xatırladaq ki, 2024-cü il noyabrın 8-də İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə parkın açılışı olub.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax