Operativ Məlumat Mərkəzi

Abşeronda əməliyyat keçirildi - 49 SİLAH GÖTÜRÜLDÜ

2 dəq
Paylaş:
Abşeronda əməliyyat keçirildi - 49 SİLAH GÖTÜRÜLDÜ

Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən hüquqpozmalara qarşı ötən gün növbəti və profilaktik tədbirlər keçirilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, ümumilikdə 9 “Kalaşnikov” avtomatı, 13 əl qumbarası, 39 müxtəlif markalı ov tüfəng, 1 ədəd “Makarov” tapançası aşkar olunub və ya vətəndaşlar tərəfindən könüllü polisə təhvil verilib. Narkotiklərə qarşı keçirilən 20 əməliyyat zamanı 10 kiloqrama yaxın qanunsuz dövriyyədən çıxarılıb.

Abşeron rayonunda oğurluqlar və müxtəlif cinayət törətdikləri üçün axtarışda olan 5 nəfər saxlanılıb, “isti izlərlə” 36 cinayətin üstü açılıb. Qanunsuz küçə ticarəti, avaralıq və dilənçiliklə bağlı 24, xırda xuliqanlığa və xırda talamaya görə 53 fakt aşkarlanıb, mülki axtarışda olan 23 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Bununla yanaşı, Abşeron rayon DYPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı qaydalarını pozan 40-dan artıq, spirtli içkinin təsiri altında sükan arxasına əyləşən və vasitəsində konstruksiya dəyişikliyi edən 37, dayanma-durma qaydalarını pozan 330 sürücü inzibati məsuliyyətə cəlb edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax