Operativ Məlumat Mərkəzi

62 əcnəbi tələbə Azərbaycanda təhsil alacaq

2 dəq
Paylaş:
62 əcnəbi tələbə Azərbaycanda təhsil alacaq

2025–2026-cı ili üzrə 62 xarici vətəndaş “Hökumətlərarası Təqaüd Proqramları” (HTP) çərçivəsində müəssisələrində təhsil almaq hüququ qazanıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, onlardan 23 nəfəri Çin Xalq Respublikasının, 11 nəfəri Qazaxıstan Respublikasının, 4 nəfəri Tacikistan Respublikasının, 4 nəfəri Qırğız Respublikasının, 20 nəfəri isə Somali Federativ Respublikasının vətəndaşlarıdır. Bu göstərici ötən illə müqayisədə 32 faiz artım deməkdir.

Proqram çərçivəsində tələbələr Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Universiteti, Azərbaycan Tibb Universiteti, Bakı Ali Neft Məktəbi, Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Bakı Slavyan Universiteti, Naxçıvan Dövlət Universiteti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Xəzər Universitetində bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil alacaqlar.

Tədris proqramları humanitar və sosial elmlər, təhsil, tibb, iqtisadiyyat və idarəetmə, təbiət elmləri, texniki və texnoloji ixtisaslar, eləcə də mədəniyyət və incəsənət istiqamətlərini əhatə edəcək.

Qeyd edək ki, Azərbaycanda xarici vətəndaşların təhsili “Study in Azerbaijan” platforması vasitəsilə daha əlçatan və sistemli şəkildə həyata keçirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax