Operativ Məlumat Mərkəzi

10-cu sinif şagirdi tənəffüs vaxtı yoldaşını yaraladı - YENİLƏNİB

2 dəq
Paylaş:
10-cu sinif şagirdi tənəffüs vaxtı yoldaşını yaraladı - YENİLƏNİB

Bakıda məktəbdə şagird yoldaşını bıçaqlayan yeniyetmə saxlanılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə DİN-in Xidmətindən məlumat verilib. Bildirilib ki, paytaxtın rayonu ərazisində orta məktəbin 10-cu sinif şagirdinin digərinə kəsici alətlə xəsarət yetirməsi barədə polisə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən yeniyetmə saxlanılıb.
Hazırda Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

***

Dekabrın 4-də Bakı şəhəri 329 nömrəli tam orta məktəbdə vaxtı (saat 12:10 radələrində) X sinif şagirdi digər şagirdə ( səbəbdən şagirdlərin adı qeyd olunmur) qəfildən kəsici alətlə xəsarət yetirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb. Xəsarət alan şagirdə müvafiq tibbi yardım göstərilib, dərhal təcili-tibbi yardıma və şagirdlərin valideynlərinə məlumat verilib.

Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb, müvafiq araşdırmalara başlanılıb. Həmçinin hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır.

İctimaiyyətdən araşdırma aparıldığını nəzərə alaraq, məsələyə daha həssas yanaşması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax