Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Joau Kanselu "Barselona"ya keçmək üçün klubunu boykot etdi

2 dəq
Paylaş:
Joau Kanselu "Barselona"ya keçmək üçün klubunu boykot etdi

""ın müdafiəçisi karyerasını yenidən Avropada davam etdirmək üçün klubuna qarşı sərt addım atıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, "Diario Sport" nəşrinin məlumatına görə, 32 yaşlı portuqaliyalı futbolçu klubunun Avstriyada keçirilən mövsümöncəsi təlim-məşq toplanışına qatılmayıb.

Məlumata əsasən, komandanın hazırlıq prosesinə qoşulmayan Kanselu hazırda Portuqaliyadadır. Klub rəhbərliyi futbolçunun bu addımını intizam qaydalarının pozulması kimi qiymətləndirir və onu ciddi maliyyə cəzası gözləyə bilər.

Bildirilib ki, futbolçunun meneceri Jorje Mendeş hazırda "" ilə danışıqları davam etdirir. Kataloniya klubunun müdafiəçini 10 milyon avrodan aşağı məbləğə etmək istədiyi qeyd olunur.

Qeyd edək ki, Joau Kanselu ötən mövsümün ikinci hissəsini icarə əsasında "Barselona"da keçirib. Portuqaliyalı futbolçu daha əvvəl də karyerasını məhz Kataloniya klubunda davam etdirmək istədiyini və "Əl-Hilal"da çıxış etmək niyyətində olmadığını bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax