Dünyaca məşhur müğənni Zayn Malik, "One Direction" qrupunun dağılmağı barəsində danışıb.
"Operativ Məlumat Mərkəzi-OMM xarici KV-ə istinadən xəbər verir ki, bu haqda ulduz öz müsahibəsində qeyd edib.
Qrupdan ayrılan ilk üzvün özü olduğunu vurğulayan sənətçi birlikdə fəaliyyətin yorucu davam etdiyini bildirib.
"5 il boyu hər gün birlikdə idik və bundan sıxılmışdıq. Siyasi məsələlər cərəyan edirdi. Bəziləri müqavilə imzalamaq istəmidi. Fərqli hadisələrin baş verdiyini anlayırdım. Dürüst olmaq lazmdırsa qrupdan ilk solo musiqi yayımlamaq istəyən şəxs mən idim. Normalda passiv insanam. Lakin mövzu musiqi olduğu zaman rəqabəti sevirəm", - deyə Zayn qeyd edib.