Operativ Məlumat Mərkəzi

Yasamalda evdəki yanğın söndürülüb - YENİLƏNİB

1 dəq
Paylaş:
Yasamalda evdəki yanğın söndürülüb - YENİLƏNİB
bu barədə FHN-in mətbuat xidməti məlumat yayıb. 12:46*** Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri,...

Bakı şəhərin, Yasamal rayonu, Süleyman Rəhimov küçəsində fərdi yaşayış evində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə FHN-in mətbuat xidməti məlumat yayıb.

12:46***

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasamal rayonu, Süleyman Rəhimov küçəsində fərdi yaşayış evində yanğın olması barədə ilkin məlumat daxil olub.

"Operativ Məlumat Mərkəzi-OMM" FHN-in saytına istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam edir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər