ABŞ prezidenti Donald Trampın İslam Respublikasına hücumları gücləndirməklə bağlı təhdidlərinə baxmayaraq, ABŞ və İran arasında sülh danışıqları bu gün davam edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı "Fox News" ABŞ administrasiyasının adı açıqlanmayan yüksək vəzifəli məmuruna istinadən məlumat yayıb.
Kanal rəsmidən sitat gətirərək bildirib ki, danışıqlar hələ də davam edir və Vaşinqton Tehranla razılığa gəlmək üçün maksimum təzyiq göstərməyə davam edəcək.
Ağ Ev rəhbəri daha əvvəl "Fox News"a verdiyi açıqlamada İrana qarşı yeni zərbələr endirməyə hazır olduğunu, İran elektrik stansiyaları və körpülərinin potensial olaraq Amerika hücumlarının hədəfinə çevriləcəyini bildirmişdi.