Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Tərtərdə yararsız at əti aşkarlandı

2 dəq
Paylaş:
Tərtərdə yararsız at əti aşkarlandı

Tərtər rayonunun kəndində bir tövlədə istehlaka yararsız vəziyyətdə olan at ətinin aşkarlanması üzrə keçirilib. Ümumi çəkisi 146,8 kiloqram olan sümükdən ayrılmış at əti ilə yanaşı, bir ədəd at başı və sümükləri də aşkarlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, faktla bağlı Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) regional bölməsi və Daxili İşlər Nazirliyinin (DİN) Tərtər Rayon Şöbəsi əməkdaşları birgə reyd həyata keçiriblər.

Araşdırmalar zamanı məlum olub ki, atı eyni kənd sakinləri Məmmədov Seymur Baloğlan oğlu və Cəfərli Həsən İntiqam oğlu tövləyə gətirərək, qəssab Quliyev Seyfəddin Arif oğlu ilə birlikdə kəsiblər və sümükdən ayrılmış ət paketlərə yığılıb. Onların niyyəti həmin at ətini mal əti adı altında sataraq Bakı şəhərinə Cəfərov Elməddin Bulud oğluna göndərmək olub.

İstehlaka yararsız hesab olunan at ətindən nümunələr götürülərək, soyuducu anbarda müvəqqəti saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax