Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub - YENİLƏNİB

2 dəq
Paylaş:
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub - YENİLƏNİB

Avqustun 23-də Daşkənddəki "Kuksaroy" Dövlət İqamətgahında Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Azərbaycanın və Özbəkistanın Dövlət bayraqlarının dalğalandığı meydanda İlham Əliyevin şərəfinə dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Prezidenti Şavkat Mirziyoyev qarşıladı.

Azərbaycanın və Özbəkistanın Dövlət himnləri səsləndirildi.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Özbəkistanın dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Prezident Şavkat Mirziyoyevə təqdim edildi.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçdi.

Dövlət başçıları birgə foto çəkdirdilər.

***

Avqustun 23-də Daşkənddəki "Kuksaroy" Dövlət İqamətgahında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə